ABŞ Ukraynadan diplomatların təxliyəsinin başlama tarixini açıqlayıb

Tokio, 23 yanvar, /AJMEDIA/

ABŞ Dövlət Departamenti yanvarın 24-dən etibarən ABŞ-ın Ukraynadakı səfirliyindən diplomatların ailələrinin təxliyəsinə başlamağı əmr edib.

AJMEDIA– nın məlumatına görə, bu barədə öz “Twitter” səhifəsində “FoxNews” nəşrinin jurnalisti Lukas Tomlinson yazib.

L.Tomlinson bildirib: “Dövlət Departamenti ABŞ-ın Ukraynadakı səfirliyinin əməkdaşlarının ailələrinə bazar ertəsi ölkəni təxliyə etməyə başlamağı əmr edib”.

Bu məlumatı Tomlinsona Amerika rəsmiləri veriblər. Diplomatik nümayəndəlik əməkdaşlarının ailələrinin təxliyəsi ilə bağlı başqa təfərrüatlar yoxdur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts