Site icon AJMEDIA Azərbaycanca

ABŞ senatorları Rusiya aktivlərini Ukraynaya yardıma yönəltməyi təklif edib

Tokio, 29 mart , /AJMEDIA/

ABŞ-ın hər iki əsas partiyasından olan senatorlar Rusiyanın müsadirə edilən aktivlərini Ukraynanın bərpasına və qaçqınlara yardıma yönəltməyi nəzərdə tutan təşəbbüs irəli sürüb.

AJMEDIA xəbər verir ki, “Ukraynaya yardım barədə” qanun layihəsi Kolorado ştatından olan demokrat Maykl Bennet və Ohayo ştatından olan respublikaçı Rob Portman tərəfindən təqdim edilib. Sənəd müəlliflərinin sözlərinə görə, qaçqınlarla bağlı vəziyyət səbəbindən Ukraynanın yardıma ehtiyacı var.

“Yardımın yollarından biri də rusiyalı oliqarxların aktivlərinin dondurulması prosesindən bu vəsaitlərin müsadirə edilməsinə keçmək və davam edən humanitar səylərə kömək üçün Ukrayna xalqına verməkdir”, – deyə Rob Portman bildirib.

Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan sonra təkcə Avropa İttifaqı 862 rusiyalının və Rusiyaya aid 53 təşkilatın aktivlərini dondurub. Belçikada mart ayının ilk iki həftəsi ərzində Rusiyanın 10 milyard avro dəyərində aktivləri bloklanıb.

Exit mobile version