Site icon AJMEDIA Azərbaycanca

ABŞ Senatı hökumətin maliyyələşdirilməsini martın 11-dək uzadıb

Tokio, 18 fevral, /AJMEDIA/

ABŞ Senatı federal hökumətin müvəqqəti maliyyələşdirilməsi haqqında qanun layihəsini bəyənib.

AJMEDIA AZƏRTAC-a istinadla xəbər verir ki, “lehinə” 65 səs və “əleyhinə” 27-i səs olmaqla qəbul edilmiş qanun layihəsi hökumətin martın 11-dək işləməsinə imkan verəcək.

Qanunvericilər ümid edirlər federal hökumətin fəaliyyətini sentyabrın 30-dək maliyyələşdirməyə imkan verəcək uzunmüddətli qanun qəbul edilməsi üçün kifayət qədər vaxtları olacaq.

İndi bu sənəd imzalanmaq üçün ABŞ Prezidenti Co Baydenə təqdim ediləcək.

Exit mobile version