ABŞ mediası Minnesota-Azərbaycan Assosiasiyasının beynəlxalq tədbirdə iştirakından yazıb

Tokio, 6 iyun , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, ABŞ mediası Minnesota-Azərbaycan Assosiasiyasının beynəlxalq tədbirdə iştirakından yazıb.
ABŞ-ın “Sun This Week” qəzetində Leykvill (Lakeville) şəhərində keçirilmiş “Sülh içində Birgə Yaşamanın Beynəlxalq Günü” adlı tədbirdə Minnesota-Azərbaycan Assosiasiyasının ölkəmizi təmsil etməsindən bəhs edilib.

Xəbərdə bildirilib ki, mayın 20-də “Valley Lake” Parkında baş tutan tədbirdə iştirak edən təşkilatlardan biri də Minnesota-Azərbaycan Assosiasiyası olub. Assosisiyanın rəhbəri Günel Krişnanın tədbirdə iştirak edən qonaqlar üçün Azərbaycanın milli rəqsini hazırlayıb nümayiş etdirməsinə diqqət cəlb edilib.

Günel Krişnanın “Leykvildə icmaların bir araya gəldiyini görmək sevinc doğururdu. Hekayələr, ənənələr və missiyaların mübadiləsi əyləncəli idi. Minnesotadakı Azərbaycan icması haqqında məlumatlara səmimi maraq göstərən insanların olduğunu görmək bizi çox sevindirdi” fikrinə də xəbərdə yer verilib.

Xatırladaq ki, Minnesota-Azərbaycan Assosiasiyası tərəfindən “Valley Lake” parkında təşkil olunmuş Azərbaycan guşəsində ölkəmizin tarixini, zəngin mədəniyyətini, turizm imkanlarını əks etdirən kitablar, broşürlər, milli geyimlər, suvenirlər və “Azerbaijani Socks” brendinin sahibi Teresa Hamlinin rəhbərliyi ilə azərbaycanlı xanımların əl işlərindən ibarət kolleksiya nümayiş etdirilib.

Məlumatı aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.hometownsource.com/sun_thisweek/free/lakeville-residents-gather-for-worldwide-celebration/article_120dfcbc-00af-11ee-8859-732e8f2e6aa1.html

Follow us on social

Facebook Twitter Youtube

Related Posts