ABŞ-ın vitse-prezidenti Yaponiya şirkətlərini yarımkeçiricilər sahəsində fəal əməkdaşlığa çağırıb

Tokio, 28 sentyabr , /AJMEDIA/

Tokioda səfərdə olan ABŞ-ın vitse-prezidenti Kamala Harris Yaponiya şirkətlərini amerikalı tərəfdarları ilə yarımkeçiricilər sahəsində fəal əməkdaşlığa çağırıb.
AJMEDIA Kydo agentliyinə istinadla xəbər verir ki, bu barədə o, sentyabrın 28-də Tokioda biznes dairələrinin nümayəndələri ilə görüşündə bildirib.
“Heç bir ölkə dünyanın bu tələbatını təklikdə ödəməyə qadir deyil. Yaponiya və ABŞ təchizat zəncirinin möhkəmlənməsi üzərində işləməyə və qabaqcıl texnologiyalara investisiya yatırmağa hazırdır”, – deyə vitse-prezident bildirib.
ABŞ-da mikroçiplərin istehsalına investisiyaların artırılması məqsədilə qəbul edilmiş yeni qanun haqda məlumat verən K. Harris Yaponiya şirkətlərini bu sahədə amerikalı tərəfdaşları ilə fəal əməkdaşlığa çağırıb.
Xatırladaq ki, cari ilin iyulunda Yaponiya və ABŞ yeni nəsil 2 nanometrlik mikroçiplərin hazırlanması üçün yeni tədqiqat mərkəzinin yaradılması barədə razılığa gəliblər. Həmin mərkəz Yaponiyanın Çiplərin Tədqiqat İnstitutu tərəfindən Tokio Universiteti və Təbiət Elmləri İnstitutu (Riken) ilə birgə inşa ediləcək. Bu mərkəz üçün avadanlıq və mütəxəssislər isə ABŞ Milli Yarımkeçirici Texnologiyaları Mərkəzindən göndəriləcək

Follow us on social

Facebook Twitter Youtube

Related Posts