ABŞ-ın Texas ştatında silahlı atışmada 2 nəfər ölüb

Tokio, 16 may , /AJMEDIA/

ABŞ-ın Texas ştatının Hyuston şəhərində bazarda baş verən silahlı atışma nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
AJMEDIA “Fox News” telekanalının saytına istinadla xəbər verir ki, bu barədə Harris əyalətinin şerifi Ed Qonzales bildirib.
Onun sözlərinə görə, silahlı insident iki qrup arasında baş verib. Atışma zamanı yalnız münaqişə iştirakçıları xəsarət alıblar.
Hadisə yerindən iki tapança götürülüb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts