Site icon AJMEDIA Azərbaycanca

ABŞ-ın dövlət borcu ilk dəfə 34 trilyon dolları keçdi

Tokio, 3 yanvar , /AJMEDIA/

ABŞ-ın ümumi dövlət borcu ilk dəfə olaraq 34 trilyon dolları keçib.

AJMEDIA xarici mediaya istinadən xəbər verir ki, bu, Maliyyə Nazirliyinin dekabrın 29-na olan statistikasından görünür.

Ümumi ödənilməmiş dövlət borcu dekabrın 28-dən bəri 33,911 trilyon dollardan 34,001 trilyon dollara yüksəlib. Reuters qeyd edir ki, sentyabrdan bəri borcun artması vergi gəlirlərinin azalması və federal xərclərin artması fonunda baş verib. Konqresin gələn həftə hökumət xərclərini müzakirə etmək üçün toplanması planlaşdırılır.

Exit mobile version