Tokio, 20 Oktyabr, /AJMEDIA/
ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzadə vəzifəsindən istefa verib.
AJMEDIA ABŞ Dövlət katibi Entoni Blinkenin bəyanatına istinadla xəbər verir ki, ABŞ-ın Əfqanıstan üzrə yeni xüsusi nümayəndəsi vəzifəsinə bundan əvvəl Xəlilzadənin müavini olmuş Tomas Uest təyin edilib.
Xəlilzadə ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi kimi Qətərdə taliblərlə danışıqlar aparmışdı. Bu danışıqlar nəticəsində Taliban hərəkatı ilə ABŞ-ın sabiq prezidenti Donald Tramp arasında bağlanmış sazişə əsasən cari ilin yayında Vaşinqton özünün bütün qoşunlarını Əfqanıstandan çıxardı. Zalmay Xəlilzadənin tənqid edirdilər ki, o, sülh danışıqları zamanı Talibana təzyiq göstərə bilməyib.