Site icon AJMEDIA Azərbaycanca

ABŞ hərbi gəmilərinin Tayvan boğazından keçdiyi rəsmən təsdiqlənib

Tokio, 28 avqust , /AJMEDIA/

ABŞ-ın iki hərbi gəmisi bazar günü Tayvan boğazından keçid edib.
AJMEDIA xarici KİV-ə istinadla xəbər verir ki, gəmilərin boğazdan keçdiyini ABŞ-ın yeddinci donanmasının mətbuat xidməti rəsmən təsdiqləyib. Yayılan bəyanata görə, Antietam və Chancellorsville raket kreyserləri beynəlxalq sulara aid edilən dəhlizdən keçib.
“Bu, Birləşmiş Ştatların azad və açıq Hind-Sakit Okean regionuna sadiqliyini nümayiş etdirir. Amerika hərbçiləri beynəlxalq hüquqla icazə verilən hər yerdə uçur, üzür və hərəkət edirlər”, – deyə məlumatda qeyd olunur.
Amerika hərbi gəmilərinin keçidi barədə informasiyanı Tayvanın hərbi idarəsi də təsdiqləyib. Dəqiqləşdirilib ki, kreyserlər cənub istiqamətində hərəkət edib.
Boğazda müvafiq manevrlər avqustun 2-3-də ABŞ Konqresi Nümayəndələr palatasının spikeri Nensi Pelosinin Taybeyə baş tutmuş səfərindən sonra ilk dəfədir keçirilir. Həmin səfər Vaşinqton və Pekinin münasibətlərini son dərəcə kəskinləşdirib. Çin Xalq-Azadlıq ordusunun Şərq zonasının komandanlığı bununla bağlı bildirib ki, CXR Silahlı Qüvvələri yüksək döyüş hazırlığını saxlayır və “istənilən an istənilən təxribatın qarşısını almağa hazırdır”.

Exit mobile version