Site icon AJMEDIA Azərbaycanca

ABŞ hərbi-dəniz qüvvələrinə məxsus F-35 qırıcı təyyarəsi gəmiyə eniş zamanı qəzaya uğrayıb

Tokio, 25 yanvar, /AJMEDIA/

ABŞ hərbi dəniz qüvvələrinə məxsus F-35 yeni nəsil qırıcı təyyarəsi Cənub Çin dənizində “Carl Vinson” təyyarədaşıyan gəmisinə eniş edərkən qəzaya uğrayıb.

AJMEDIA xəbər verir ki, bu barədə ABŞ Sakit okean donanmasının mətbuat xidməti məlumat yayıb.

“Hadisə F-35C təyyarəsi ilə yanvarın 24-də, “Carl Vinson” gəmisi Cənub Çin dənizində plan üzrə uçuşlar keçirərkən baş verib. Pilot uğurlu şəkildə təyyarədən ayrılıb və hərbi helikopter vasitəsilə xilas edilib”, – deyə məlumatda qeyd edilir.

Hadisə nəticəsində daha yeddi dənizçinin xəsarət aldığı bildirilir. Onlardan üçü Filippinin paytaxtı Maniladakı hərbi hospitala yerləşdirilib.

Hazırda hadisənin baş verməsinin səbəbləri araşdırılır.

Exit mobile version