Site icon AJMEDIA Azərbaycanca

ABŞ-da bina çöküb, xəsarət alanlar var

Tokio, 13 Sentyabr, /AJMEDIA/

ABŞ-ın Corciya ştatının De-Kalb dairəsində yaşayış kompleksinin bir hissəsi partlayış nəticəsində qismən çöküb, nəticədə bir neçə nəfər xəsarət alıb.

AJMEDIA xəbər verir ki, bu barədə yerli “WSB-TV 2” telekanalı polisə istinadən məlumat yayıb.

Binada yaşayan sakinlər təxliyə edilib. Partlayışın qaz sızması nəticəsində baş verdiyi deyilir..

Sakinlər arasında dağıntılar altında qalanların olub-olmadığı bilinmir, ancaq partlayış nəticəsində bir neçə nəfər yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Azı iki nəfər xəsarət alıb, daha iki nəfərin də itkin düşdüyü ehtimal edilir.

Exit mobile version