Site icon AJMEDIA Azərbaycanca

ABŞ Britaniyaya strateji bombardmançı təyyarələr göndərir

Tokio, 12 oktyabr , /AJMEDIA/

Fələstin-İsrail münaqişəsində gərginliyin yüksəlməsi səbəbindən dünyada artan qeyri-sabitlik fonunda oktyabrın 12-də Böyük Britaniyanın “Fairford” aviabazasına “B-1B Lancer” strateji bombardmançı təyyarələr qrupunun gələcəyi gözlənilir.

AJMEDIA “Gloucestershire Live” xidmətinə istinadla xəbər verir ki, İngiltərəyə enəcək təyyarələrin dəqiq sayı bilinməsə də, ABŞ bombardmançıları artıq Texas ştatındakı “Dyess” aviabazasından havaya qalxıb. Bir müddət öncə Böyük Britaniyaya göndərilən ABŞ Hərbi Hava Qüvvələrinin xidməti personalı hazırda qalxma-enmə zolağında təmizlik işləri aparır.

Strateji bombardmançıların İngiltərədə yerləşdiriləcəyi barədə məlumatı təsdiqləyən mənbələr B-1B təyyarələrinin “Fairford” aviabazasına enmədən öncə Yaxın Şərqdə güc nümayişi üzrə əməliyyata cəlb olunacağını istisna etmirlər.

Exit mobile version