Site icon AJMEDIA Azərbaycanca

ABA ilə Qazaxıstan Maliyyəçilər Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb

Tokio, 24 iyun, /AJMEDIA/

“Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyi və Qazaxıstan Maliyyəçilər Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb.

AJMEDIA xəbər verir ki, imzalanma mərasimi Banklar Assosiasiyası və Azərbaycan Respublikasının Mərkəzi Bankının təşkilatçılığı ilə keçirilən “Fintex sammit 2025 – Maliyyə Texnologiyalar Sərgisi”ndə baş tutub.

Anlaşma Memorandumunu ABA-nın prezidenti Zakir Nuriyev və Qazaxıstan Maliyyəçilər Assosiasiyası Şurasının sədri Yelena Baxmutova imzalayıblar.

Memorandum çərçivəsində tərəflər kredit hesabatı və təcrübə mübadiləsi sahəsində əməkdaşlığın gücləndirilməsinə yönəlmiş birgə təşəbbüslər həyata keçirməyi nəzərdə tuturlar.

Exit mobile version