Site icon AJMEDIA Azərbaycanca

Tokio, 8 fevral , /AJMEDIA/

Bakı şəhərinin Nəsimi rayonunda doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsinin pilləkən qəfəsində bir qaz sayğacı və bir kvadratmetr sahədə yığılan məişət tullantıları yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini tüstülənmiş sahədən təxliyə olunub, 1 nəfər tüstüdən zəhərlənmiş halda xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Exit mobile version