30 il sonra baba yurdunda – qürur, sevinc və kədər hissləri

Tokio, 18 may , /AJMEDIA/

Yolumuz yenə də işğaldan azad edilmiş Ağdam şəhərinədir. Bizimlə birlikdə yol yoldaşı olan Elyar Məmmədov və Kəmalə Qarayeva çox həyəcanlı idilər. Çünki 30 ildir ayrı düşdükləri, uşaqlıq və gənclik illərinin keçdiyi baba yurdlarına qədəm qoyurdular.
Elyar Məmmədov və Kəmalə Qarayeva Tokio, 4 may , /AJMEDIA/-ya bildiriblər ki, Bakı şəhərində doğulsalar da, ömürlərinin ən yaddaqalan, xoş günləri Ağdamda – baba və nənələrinin evində keçib. 1992-ci ilə qədər hər yay Ağdama gələr, burada qalardılar.
Söhbət zamanı Ağdam şəhər 1 nömrəli məktəbin arxasındakı baba ocağını, qonşuları xatırlayaraq uşaqlıqlarının keçdiyi o illərə qayıdır, həm duyğulanır, həm də onlar üçün əziz olan yerləri viran qalmış görüb kədərlənirlər: “Bura Ceyran bağı idi. Bağın mərkəzində ceyran heykəli, kənarında isə dəmir hasar vardı. Bu ev İslamgilin, onun yanındakı Validə xalagilin evi idi. Validə xala zoğal qurudardı. Bilirdi ki, turş şeyləri xoşlayırıq, bizə o zoğal turşusundan verərdi. Bura Ağca xalanın, onun arxasındakı isə gitaraçalan Azərin, küçənin başındakı Əhməd dayıgilin evləri idi. Sonra isə nənəmin evi gəlirdi. Həyətə girən kimi bulaq, qızıl güllər adamı qarşılayardı, sağ tərəfdə təndir var idi…”
Kəmalə Qarayeva Ağdam şəhərinə qürur hissi ilə gəldiyini, lakin baba yurdunu dağılmış görüb çox kədərləndiyini deyir: “Mən bu gün ata-ana yurdum olan Ağdam şəhərindəyəm. Bu gün bura qürur hissi ilə gəldim. Nənə-babam yaşayan küçədən keçərkən 1 nömrəli məktəbi tapdım, babamla nənəmin evini təxmini də olsa müəyyən edə bildim. Ermənilər bu yerləri tanınmaz hala salıblar. O qədər kədərləndim, üzüldüm ki… Uşaqlığım bu həyətdə, babamın, nənəmin evində keçsə də, buranı tanıya bilmirəm. Lakin qürur hissi keçiririk ki, 30 ildən sonra bu torpaqlara ayaq basdıq. Fəxr edirəm ki, Ali Baş Komandanın, ordumuzun, şəhidlərimizin sayəsində torpaqlarımız işğaldan azad olundu. Əlbəttə ki, burada quruculuq işləri aparılacaq. İnşallah buranın sakinləri qayıdacaq, firavan yaşayacaqlar. İnşallah biz övladlarımızla birgə buraya gələcəyik. Mən bir tarixçi kimi istərdim ki, şagirdlərimizi də bura gətirək, dağıntıları görsünlər, tariximizi unutmasınlar. Allah şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində burada dayanmışıq. Fəxr edirəm ki, azərbaycanlıyam!”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts