2022-ci ildə “Heathrow” aeroportunda sərnişin axını üç dəfə artıb

Tokio, 11 yanvar , /AJMEDIA/

Londonun “Heathrow” hava limanı 2022-ci ildə 61,6 milyon sərnişinə xidmət göstərib ki, bu da öncəki illə müqayisədə üç dəfə çoxdur.
AJMEDIA Böyük Britaniya mediasına istinadla xəbər verir ki, “Heathrow” aeroportunun operatorunun məlumatına görə, ötən il sərnişin dövriyyəsi pandemiyadan əvvəlki 2019-cu il səviyyənin 76 faizini təşkil edib.
Həmçinin 2022-ci ilin dekabrında 5,94 milyon sərnişin “Heathrow” vasitəsilə uçuşlar həyata keçirib, yüklərin daşınması isə 127,19 min tondan 109,15 min tona enib.
Hava limanının rəhbərliyi bu il sərnişin axınının 67,1 milyona çatacağını gözləyir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts