20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Arpachay Open” beynəlxalq karate turniri davam edir

Tokio, 22 yanvar, /AJMEDIA/

Azərbaycan Milli Karate Federasiyası və “Arpaçay” klubunun birgə təşkilatçılığı ilə Bakı İdman Sarayında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş 6-cı “Arpachay Open” beynəlxalq karate turniri davam edir.

AJMEDIA AZƏRTAC-a istinadla xəbər verir ki, ənənəvi yarışda ölkənin 30-dək klubunu təmsil edən 550-dək idmançı iştirak edir. Xatirə turniri uşaq, yeniyetmə və 21 yaşadək gənclər arasında 7 yaş kateqoriyası üzrə təşkil olunub. Yarışda Azərbaycan karateçiləri ilə yanaşı, Rusiya (2 klub) və Ukrayna (1 klub) təmsilçiləri də mübarizə aparırlar.

Turnirin birinci günündə 6-7, 8-9 və 10-11 yaşlı uşaqlar arasında qalib və mükafatçılar müəyyənləşib. Bu gün isə 12-13 yaşlı uşaqlar, eləcə də 14-15 yaşlı yeniyetmələr, 16-18 və 21 yaşadək gənclər mübarizə aparacaqlar.

Yarış bu gün başa çatacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts