20 Yanvar şəhidlərinin xatirəsi yad olunub

Tokio, 15 yanvar, /AJMEDIA/

Yanvarın 14-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 3 saylı filialı və Binəqədi rayonu H.Cəbrayılov adına 99 nömrəli tam orta məktəbin birgə əməkdaşlığı ilə “20 yanvardan başlanan yol” adlı tədbir təşkil olunub.

AJMEDIA xəbər verir ki, Qarabağ veteranları, Binəqədi rayonu şəhid anaları komitəsi və kitabxana əməkdaşlarının iştirak etdiyi tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib.

Tədbirdə 20 Yanvar hadisələrindən, 44 günlük Vətən müharibəsində şəhid olmuş vətən oğullarının qəhrəmanlıqlarından danışılıb.

Tədbirin bədii hissəsində “Şəhidlər” haqqında mahnı və şeirlər oxunub. Tədbir “Qarabağ”, “Heyrati” mahnıların səslənməsilə başa çatıb.

Məktəbin foyesində 20 Yanvar və Qarabağ şəhidlərinə həsr olunmuş fotostend və kitab sərgisi də açılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts