Bakıda Yaponiya mədəniyyəti festivalı keçirilib

Tokio, 16 may , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, mayın 15-də Bakıda Yaponiya mədəniyyəti festivalı keçirilib.

Tədbir Yaponiyanın Azərbaycandakı səfirliyi tərəfindən ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə silsilə tədbirlər çərçivəsində təşkil olunub.

Festivalı Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada açıb.

Festivalın çoxsaylı qonaqları yapon mədəniyyəti və müxtəlif ənənəvi sənətkarlıq nümunələrinin əks olunduğu stendlərlə, yapon xəttatlığı sənəti ilə tanış olublar, həmçinin ikebanaların necə yığıldığına – gül kompozisiyalarına, ənənəvi yapon çay mərasiminin keçirilməsinə və oriqamiyə baxıblar.

Festivalda iştirakçılar Yaponiya və onun adət-ənənələri haqqında bilik yarışlarına qatılaraq, ənənəvi yapon paltarlarını – kimono və yukatanı sınaqdan keçiriblər. Tədbirin balaca qonaqları isə azərbaycanlı məktəblilərin robototexnika üzrə işlərini maraqla izləyiblər.

Festivalın səhnəsində bu ölkənin xalq rəqsləri və mahnıları, o cümlədən Yaponiyanın ohanami festivalına həsr olunmuş məşhur “Sakura” kompozisiyası təqdim edilib.
Festival tamaşaçıların böyük marağına səbəb olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts