Əlcəzairdə meşə yanğınları nəticəsində 26 nəfər həlak olub

Tokio, 18 avqust , /AJMEDIA/

Əlcəzairin şərq əyalətlərində meşə yanğınları nəticəsində azı 26 nəfər həyatını itirib.
AJMEDIA xəbər verir ki, bu barədə Sinxua agentliyi Əlcəzair Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb. Məlumata görə, yanğınlar El Tarf əyalətində 24 nəfərin, Setif əyalətində isə 2 nəfərin ölümünə səbəb olub. Ölkənin 14 şərq əyalətində ümumilikdə 39 meşə yanğını tüğyan edir. Yanğınla mübarizəyə aviasiya da cəlb edilib.
Qeyd edək ki, dünyada meşə yanğınları son 20 ildə iki dəfə artıb. Avropada bu il anomal istilər səbəbindən rekord miqdarda meşə yanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts