Əfqanıstanda “Taliban” qüvvələrinin komandanı həlak olub

Tokio, 3 Noyabr, /AJMEDIA/

Əfqanıstanda İŞİD qruplaşmasının hərbi hospitala hücumu zamanı “Taliban” hərəkatı qüvvələrinin komandanlarından biri həlak olub.

AJMEDIA France-Presse agentliyinə istinadla xəbər verir ki, söhbət Kabil korpusunun komandanı Həmdullah Mohlisdən gedir. Taliblər onun ölümünü təkzib ediblər.

Şahidlərin sözlərinə görə, noyabrın 2-də bir qrup silahlı şəxs partlayışdan sonra tibb müəssisəsinin binasına soxularaq taliblərlə döyüşməyə başlayıb. Hadisə nəticəsində azı 23 nəfər ölüb, 50 nəfər isə yaralanıb. Hücumun məsuliyyətini İŞİD qruplaşması öz üzərinə götürüb.

Qeyd edək ki, “Taliban” hərəkatı ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılması fonunda ölkədə faktiki hakimiyyətə yiyələnib. Avqustun 15-də paytaxt Kabilə döyüşsüz daxil olan taliblər müharibənin bitdiyini elan edib. Avqustun 31-nə keçən gecə amerikalı hərbçilərin sonuncu qrupu Kabili tərk edib və bununla da ABŞ-ın Əfqanıstandakı 20 illik hərbi mövcudluğuna son qoyub. Sentyabrın əvvəlində “Taliban” hərəkatının əvvəlki hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışmış Məhəmməd Həsən Axundun rəhbərliyi ilə Əfqanıstanın müvəqqəti hökuməti formalaşdırılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts