Əfqanıstanda avtobus qəzası nəticəsində azı 10 nəfər ölüb

Tokio, 20 noyabr , /AJMEDIA/

Əfqanıstanın şərqində avtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində azı 10 nəfər həlak olub, daha 40 nəfər yaralanıb.
AJMEDIA xəbər verir ki, bu barədə “TOLOnews” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə avtobus qəzası bazar gününə keçən gecə Kabil və Bağlan əyalətlərini birləşdirən avtomobil yolunda baş verib. Zərərçəkən bütün şəxslər xəstəxanaya yerləşdirilib.
Qəzanın təfərrüatları aydınlaşdırılır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts