“ƏDV geri al” layihəsi çərçivəsində maarifləndirici videoçarx hazırlanıb

Tokio, 19 Noyabr, /AJMEDIA/

Dövlət Vergi Xidməti (DVX) tərəfindən təmassız ödəmələrdən istifadənin üstünlükləri, habelə ticarət və ictimai iaşə obyektlərində ödəmələr aparılarkən kassa çeklərinin tələb edilməsində vətəndaş fəallığının təmin olunmasına yönəlmiş maarifləndirmə işləri davam etdirilir. Bu məqsədlə DVX-nin təşəbbüsü ilə növbəti maarifləndirici videoçarx hazırlanıb.

Dövlət Vergi Xidmətindən AJMEDIA-ya bildirilib ki, burada “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara ictimai iaşə və pərakəndə ticarət obyektlərində ödədikləri ƏDV-nin nağd ödənişlərdə 10 faizinin, nağdsız ödənişlərdə isə 15 faizinin geri qaytarılması haqqında məlumat verilir.

Vətəndaşların “ƏDV geri al” layihəsi barədə məlumatlılıq səviyyəsinin artırılmasına yönəlmiş sosial çarxların silsilə şəklində hazırlanması nəzərdə tutulur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts