Site icon AJMEDIA Azərbaycanca

Əminə Ərdoğan Birinci vitse-prezident Mehriban Əliyevaya və Azərbaycana təşəkkür edib

Tokio, 16 fevral , /AJMEDIA/

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan zəlzələnin fəsadlarının aradan qaldırılmasında göstərdiyi dəstəyə görə Azərbaycana və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.
AJMEDIA xəbər verir ki, Əminə Ərdoğanın rəsmi tviter hesabında bununla bağlı etdiyi paylaşımda deyilir: “Dərdiniz dərdimizdir” deyən azərbaycanlı qardaşlarımızı unutmayacağıq. Axtarış-xilasetmə qrupları başda olmaqla, humanitar yardım təyyarələri ilə ilk gündən bizimlə olan Azərbaycana və dəyərli dostum Mehriban Əliyevaya dəstəyə görə təşəkkürümü bildirirəm”.

Exit mobile version