Site icon AJMEDIA Azərbaycanca

Əməkdar incəsənət xadimi Aqil Məlikovun yaradıcılıq gecəsi olacaq

Tokio, 17 aprel , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, Heydər Əliyev Sarayında ustad xanəndə, Əməkdar incəsənət xadimi Aqil Məlikovun yaradıcılıq gecəsi keçiriləcək.
Sarayın mətbuat xidmətindən bildirilib ki, gecədə “Buta” instrumental ansamblının müşaiyəti ilə Xalq artistləri Mənsum İbrahimov, Aygün Bayramova, Zabit Nəbizadə, Nəzakət Teymurova, Eyyub Yaqubov, Əməkdar artistlər Firuz Səxavət, Aygün Bəylər, Təyyar Bayramov, Gülüstan Əliyeva, Nurlan Növrəsli, Əməkdar müəllim Qəzənfər Abbasov, ifaçılar Hüseyn Məlikov, Vəfa Vəzirova, Məmməd Nəcəfov və Vüqar Əliyev ifa edəcək.
Konsertə biletləri “iTicket.az” saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

Exit mobile version