Site icon AJMEDIA Azərbaycanca

Ədəbiyyat İnstitutunun beynəlxalq elmi jurnalının növbəti nömrəsi çap olunub

Tokio, 11 mart , /AJMEDIA/

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Müqayisəli ədəbiyyatşünaslıq” beynəlxalq elmi jurnalının növbəti nömrəsi nəşr olunub.

Ədəbiyyat İnstitutundan AJMEDIA-ya bildirilib ki, toplu Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlərin siyahısına daxildir. “Müqayisəli ədəbiyyatşünaslıq” beynəlxalq elmi jurnalının baş redaktoru AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəylidir. Baş redaktorun müavinləri filologiya elmləri doktorları, professorlar Məmməd Əliyev, Gülər Abdullabəyova, Bədirxan Əhmədovdur. Jurnalın məsul katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli, məsul redaktoru isə Maral Poladovadır.

Jurnal akademik İsa Həbibbəylinin “Yunus Əmrənin sənət dünyası” sərlövhəli məqaləsi ilə açılır. Bu nömrənin “Türk xalqları ədəbiyyatı”, “Slavyan xalqları ədəbiyyatı”, “Avropa və Amerika ədəbiyyatı”, “Asiya və Afrika xalqları ədəbiyyatı”, “Müqayisəli ədəbiyyatşünaslığın nəzəri məsələləri” bölümlərində müxtəlif elmi məqalələr yer alıb. “Bələdçi” Azərbaycan, ingilis və rus dillərindədir.

Qeyd edək ki, jurnalın redaksiya heyətinə Azərbaycan, Türkiyə, Rusiya, Çin, Özbəkistan, Bolqarıstan, Qırğızıstan, Macarıstan, Çexiya, Başqırdıstan, Tatarıstan, Cənubi Koreya, Qazaxıstan, Türkmənistan, Ukrayna və Polşanın alimləri daxildir. “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalı “Index Copernicus”, “Asos indeks”, “İdealonline”, “CiteFactor”, “Academia.edu”, “ResearchGate”, “Internet Archive” beynəlxalq indeksləmə sistemlərinə daxildir.

Exit mobile version